Sxadadze: “Taktikamızı düzgün qurduq”

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Taktikamızı düzgün qurduq və iki hücumçu ilə oynadıq. Bunun nəticəsi olaraq, birinci hissənin əvvəlində iki qol vurmağı bacardıq. İkinci hissənin ortalarında təşəbbüsu “Xəzər Lənkərana” verdik. Amma sonradan taktikanı dəyişdik və yenə rəqibi məyus etdik. Bəyənmədiyim yeganə məqam sonda qol buraxmağımız oldu. Buna rəğmən oyunçularımı təbrik etmək istəyirəm. Dörd oyunluq fasilədən sonra, nəhayət, qollar vura bildik”.

Həmin kateqoriyadan