Tom Butçer: “Trek boyunca ümumi asfalt döşənməsi 95 faiz yerinə yetirilib”

“Bütün komanda ilə çalışırıq ki, Bakıda təşkil edilən Formula-1 Avropa qran-prisi 2016-cı il mövsümündə ən həyəcanlı yarış olsun”. Allsport.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib. İyunun 17-19-da paytaxtımızda keçiriləcək ötüşməqə hazırlıq işlərinin plan üzrə getdiyini bildirən avstraliyalı mütəxəssis, trekdə quraşdırılacaq baryerlərin düzəldilməsi prosesi tamamlandığını deyib.

Baryerlər mayın 1-dən etibarən trekin kənarına yerləşdiriləcək. Yarışın başlamasına 17 gün qalmış bütün işlər başa çatacaq və obyektlər təşkilatçılara təhvil veriləcək. Artıq işlərin 90 faizi yekunlaşıb. Hər şey iyunun 1-dək tam hazır olacaq. Asfalt örtüyünün tamamlanması prosesindən danışan Butçer bunun üçün uyğun vaxtı gözlədiklərini bildirib: “Park İnn” otelindən birinci döngəyə qədər olan hissənin asfaltlanması qalıb. Bu iş də yaxın günlərdə tamamlanacaq. Bütövlükdə isə, trek boyunca ümumi asfalt döşənməsi 95 faiz yerinə yetirilib”.

Həmin kateqoriyadan