“Xəzər Lənkəran”la “Neftçi” azarkeşlərinə görə xərcə düşdü

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının 15-ci turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 58 və 82-ci dəqiqələrində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi”nin azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Həmin kateqoriyadan