“Əks-hücumlar hazırlamışdıq, “Keşlə”nin boşluqlarını bilirdik”

“Qəbələ” premyer liqasının 2-ci turunda evdə “Keşlə”yə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyunundan sonra mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Öncədən bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibimiz olan “Keşlə” keyfiyyətli futbolçulardan ibarət komandadır. Həftə ərzində futbolçularımızı belə ağır matça hazırlamağa çalışdıq. Komandamız planı ümumilikdə yerinə yetirdi. Layiqli qələbə qazandıq.

Müdafiəyə çəkilmək fikrimiz yox idi. Əks-hücumlar hazırlamışdıq və rəqibin boşluqlarını bilirdik. Oyun göstərdi ki, bundan da yararlandıq. Əlbəttə, nəticəyə də oynamaq önəmlidir. Məni nəticədən öncə komandanın yanaşması və tapşırıqları maksimum yerinə yetirməsi razı salır.

Onda işin bəhrəsini görürsən, nəticə də bəzən alınır, bəzən yox. Bu komanda daha da yaxşı ola, inkişaf edə bilər. Fasilədə də həmin epizoda görə Məqsəd İsayevə heç kim irad bildirmədi. Bu, futbolun xırda detalıdır. Belə hallar olur. Onların üzərində çox dayanmaq lazım deyil”.

Həmin kateqoriyadan