Əmrəli Polşa klubunun hədəfində

Polşanın “Visla” klubu “Qarabağ”ın futbolçusu Mahir Əmrəlinin xidmətində maraqlıdır. Allsport.az xəbər verir ki, Krakov təmsilçisi 23 yaşlı hücumçunu azad agent kimi heyətinə qatmaq istədiyi bildirilib.

Nəşrin məlumatında Mahirə İtaliya, Belçika, Xorvatiya, Macarıstan klublarından da təkliflərin olduğu qeyd olunub. İddia edilib ki, karyerasını Avropada davam etdirmək istəyən hücumçu “Qarabağ”la müqavilə yeniləmək istəmir.

Bundan əvvəl Polşanın “Zaqlembe” və “Rakuv” klubları forvardla maraqlanıb.

Həmin kateqoriyadan