Əmrəli vacib qol vurdu, penaltini qaçırdı

Mahir Əmrəlinin çıxış etdiyi “Legiya” Polşa Super kubokunun oyununa çıxıb. Allsport.az xəbər verir ki, Varşava təmsilçisi “Rakuv”la qarşılaşıb.

Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. Vuruşlarda daha dəqiq olan “Rakuv” qalib olub və Super kuboku qazanıb.

“Legiya”dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Əmrəli olub.

Həmin kateqoriyadan