“Ən yaxşı penalti vuranımız da vurmaya bilərdi”

“Neftçi” ölkə kubokunun 1/2 finalının cavab matçında evdə də “Zirə”nin müqavimətini qıra bilməyib (ilk oyun – 0:0) və qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, 11-metlik cərimə zərbələrinin yekununda meydan sahibləri 4:2 seviniblər. Mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abbasov bunu söyləyib:

“Nəticənin belə olmağını istəmirdik. Rəqibi təbrik edirəm. Ən yaxşı penalti vuranımız da vurmaya bilərdi. Bu, üzərində durulacaq məqam deyil. Çoxdandır ki, belə oyun görmürdük. Məğlub olduğumuza görə heyfslənirik. Amma gələcəyə baxmalıyıq.

İnanıram ki, daha da yaxşı olacağıq. Maraqlı bir məqam var. Pis oynadığımız oyunlar var ki, qələbə qazanmışıq. Bu gün isə əksi oldu. İkinci hissədə və əlavə vaxtda komanda çox istəkli idi, futbolçular qol vurmaq üçün alışıb-yanırdılar, hər şeyi yaxşı və düzgün edirdilər.

Tiaqonun bir-iki epizodu oldu, onları vura bilsəydi, bu gün sevinən tərəf biz olardıq. Göstərdikləri oyuna, əzmə görə futbolçularımı təbrik edirəm. İstəməzdik ki, titulsuz qalaq. Həyatdır, davam edir, belə şeylər də olur”. 

Həmin kateqoriyadan