“Əsas məsələ uduzmamaq idi”

“Gərginlik oyunun ilk dəqiqələrindən hiss olunurdu. İki komanda da uduzmaq istəmirdi. Öz komandamın adından danışıram, ən azından ehtiyatlı oynayırdıq. Kubok oyunları bu məcrada keçir”.

Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov ölkə kubokunun yarımfinalında “Zirə” ilə qolsuz bərabərə qaldıqları ilk oyundan sonra mətbuat konfransında deyib. Onun sözünə görə, komanda qoyulan hədəfə çatıb:

“Əsas məsələ uduzmamaq idi. Onu da futbolçular bacardı. Çox şikayət etmək istəmirik. Reallıq budur və görürsünüz ki, oyunlara itkirlərlə çıxırıq Buna baxmayaraq, oyunçular mübarizə aparırlar. Oyunun olmamasından şikayətlənirlər. Amma baxsınlar, meydana hansı futbolçulara çıxırıq”. 

Həmin kateqoriyadan