“0:0 hesabı ədalətli nəticədir”

“Səbail” premyer liqanın 25-ci turunda səfərdə “Şamaxı” ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Aftandil Hacıyev bunu söyləyib:

“Qol buraxmamağımız bizi sevindirdi. Amma son nöqtəni qoymaqla bağlı çatışmazlıq var. Bu, ehtiyat oyunçularımızın az olması ilə bağlıdır. Mirsayib Abbasov əsas hücumçumuzdur.

Ondan razıyıq. 1 xal qazandığımız üçün sevinirik. Oyun boyu dinamikanı saxlamaq çətin olur. Son dəqiqələrdə rəqib tam qüvvə ilə irəli atılmışdı, arxada boşluqlar verirdi. Hər iki komanda meydandan qələbə ilə ayrıla bilərdi. Düşünürəm ki, 0:0 hesabı ədalətli nəticədir”.

Həmin kateqoriyadan