Ayxan Abbasov: “Qol vursaydıq, oyunun axarı dəyişə bilərdi”

Premyer liqada 4-cü turun son matçında “Qarabağ” “Sumqayıt”ı məğlub edib (2-0).

Allsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasov bunları deyib:

“Bura məğlub olmağa gəlməmişdik. Öncədən, futbolçulara demişdim, ehtiyatlı olsunlar, “Qarabağ” səhvləri bağışlamır.
Pressinqdə rəqib penalti qazandı. Bu işimizi çətinləşdirdi. 2-ci yarıya daha fəal başladıq. Qol vursaydıq, oyunun axarı dəyişə bilərdi. Yolumuza davam edirik”.

Həmin kateqoriyadan