- Baxış sayı: 31
- 22 İyun 2026 20:27
- Baxış sayı: 36
- İyun 22, 2026
- 0

“Sabah” premyer liqanın 24-cü turunda bu gün evdə “Şamaxı”ya 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, meydan sahibinin baş məşqçisi Murad Musayev matç barədə bunu deyib:
“Çox məzmunlu oyun alındı. Kombinasiyalı oyundan və cərimə zərbəsindən sonra yaxşı qollar vurduq. Sadəcə, ikinci hissənin əvvəlində sərgilədiyimiz oyundan razı qalmadım.
2-ci hissənin 2-ci yarısı bizim nəzarətimiz altında keçdi. Üstünlüyü ələ alıb, daha 2 qol vura bildik. Azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm”.