“2-ci qolu vurmasaydıq, bəlkə heç-heçə olardı”

“Oyuna fəal yaxşı başladıq. Sonluq da ürəyimcədir. Yaxşı nəticə qazandıq. Buradan razı gedirik”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 2-ci turunda səfərdə “Zirə”yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

O, meydana buraxdığı gənc futbolçulardan razı qaldığını bildirib: “Gənclər özlərini yaxşı göstərdilər. Bu yaxşı siqnaldır. Onları təbrik edirəm. Gənci buraxırsansa, qalib gələn komandanın bir parçası olurlar.

Rəşad gözəl komanda qurub, onu təbrik etmək lazımdır. Biz ikinci qolu vurmasaydıq, bəlkə heç-heçə olardı. Üstünlüyümüz var idi”.

Həmin kateqoriyadan