“2 oyundan maksimum xal toplamaq istəyirik”

Dünya çempionatının əsas mərhələsisində oktyabrln 7-də Bakı idman sarayında Polşa futzalçıları ilə qarşılaşacaq Azərbaycan millisinin açıq məşqi keçirilib. Allsport.az saytı xəbər verir ki, komandanın 1-ci çalışdırıcısı Joze Alesio da Silva hazırlıqla bağlı bunu deyib:

“İki gündür məşqlərə başlasaq da, tam heyətlə hazırlıq keçə bilmirik. Bir neçə oyunçumuz sabah komandaya qoşulacaq. Qarşıda daha 2 günümüz var və bundan maksimum istifadə edəcəyik ki, oyuna maksimum hazır olaq.

Təəssüf ki, Eduardo Borges və Ramiz Çovdarov zədə səbəbindən Polşa və Yunanıstanla oyunları buraxacaq. Xətai Bağırov və İsa Atayev isə sənədlə bağlı problemlərini həll ediblər və sabah komandaya qoşulacaqlar.

2 oyundan maksimum xal toplamaq istəyirik. Hər iki rəqibimizə hörmətlə yanaşırıq. Polşa millisi fiziki və taktiki baxımdan güclü komandadır. 6-7 ildir ki bir yerdə məşq edirlər. Portuqaliya və Braziliyaya qarşı oyunlarını izləmişəm. Qrup oyunlarına isə Yunanıstan üzərində qələbə ilə başlayıblar. Çətin oyun olacaq. Yunanıstan millisi də asan yeniləcək komanda deyil. Ümumiyyətlə, indi zəif komanda yoxdur”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish