- Baxış sayı: 49
- 21 İyul 2026 19:35
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

İtaliyanın Salerno şəhərində keçirilən Avropa universitet oyunlarının futzal yarışlarında Azərbaycan idman akademiyasının (ASA) komandası uğurlu çıxışı ilə yadda qalıb.
Allsport.az xəbər verir ki, Avropa universitet idmanı assosiasiyasının təşkil etdiyi yarışda ölkəmizi təmsil edən ASA yarımfinalda İspaniyanı 3:3 hesablı heç-heçədən sonra penaltilər seriyasında məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Xorvatiyanın Split universiteti ilə qarşılaşan təmsilçimiz turniri gümüş medalla başa vurub.
ASA-nın tələbəsi Ədalət Ələkbərov turnirin ən yaxşı beş oyunçusundan biri seçilib.
Azərbaycan idman akademiyasının Avropa universitet oyunlarında iştirakı Azərbaycan tələbə futbol federasiyası ictimai birliyinin təşkilatçılığı, AFFA, elm və təhsil işçiləri həmkarlar ittifaqı, həmkarlar ittifaqları idman təşkilatları assosiasiyası və ASA-nın dəstəyi ilə reallaşıb.
Xatırladaq ki, ASA komandası ötən il Avropa universitetləri futzal çempionatının qalibi olmuşdu.