21 yaşlılarımız biabırçı hesabla uduzdu

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Avstriya ilə üz-üzə gəlib. “Kayne Zorgen Arena”dakı qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0. 

Qrupun digər görüşündə Xorvatiya səfərdə Finlandiyaya qalib gəlib – 2:0.

Millimiz qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

“A” qrupu

Avropa çempionatının seçmə mərhələsi

20:00. Avstriya – Azərbaycan – 6:0
Qollar:
 Adamu, 3, Ayvu, 19, Adamu, 40, Şmid, 86, Anselm, 90+1, 90+3

Həmin kateqoriyadan