28 oyun, 21 futbolçu

Premyer liqanın cari mövsümündə “Qəbələ”nin heyətində 21 futbolçu meydana çıxıb. Allsport.az saytı xəbər verir ki, 28 turda yalnız Ülvi İsgəndərov bütün matçlarda iştirak edib. O, çempionatın bütün iştirakçıları arasında 28 oyun keçirən üç futbolçudan biridir.

3 oyunçu – İsnik Alimi, Məqsəd İsayev və Rövlan Muradov yalnız bir oyunu buraxıb. 27 görüşə çıxan üç futbolçudan ikisi bu qarşılaşmaları əvəzolunmadan keçirib. Çempionat ərzində hamıdan çox – 2430 dəqiqə meydanda olan üç futbolçudan ikisi “Qəbələ”nin üzvləridir. Bunlar İsniklə Məqsəddir.

“Qara-qırmızılar”ın baş məşqçisi Elmar Baxşıyevin güvəndiyi 21 futbolçudan 14-ü matçların yarısından çoxunda şans qazanıb. “Qırmızı-qaralar” mövsüm ərzində iki qapıçıya güvənib.

“Qəbələ”nin vurduğu 38 qola 14 oyunçu imza atıb. İsnik Alimi hamıdan çox – 8 dəfə fərqlənib. Ülvi İsgəndərovla Rafael Utziqin hərəsinin aktivində 6 top var. Rövlan Muradov isə üç qola sevinib. 5 futbolçu hərəyə iki, 5 oyunçu isə bir dəfə rəqib qapısına yol tapıb.

Həmin kateqoriyadan