3-aylıq futboldan uzaqlaşdırıldı

AFFA intizam komitəsi “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 liqasında “Turan Tovuz”la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.

Onun 3 ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. Klub bunun üçün 4 min manat məbləğində cərimə edilib.

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.

Həmin kateqoriyadan