30 illikdə 30-cu dəfə

Azərbaycan kubokunun yarımfinalında “Neftçi” – “Zirə” cütünün taleyi penaltilər seriyasında həll olunub. Allsport.az saytı xəbər verir ki, hər 2 görüşü 0:0 hesabı ilə başa çatan qarşıdurmanın “lotereya”sında qonaqlar 4:2 hesabı ilə qalib gəlib.

Bu, mövsümün ilk penaltilər seriyasıdır. Sonuncu belə hadisə ötən mövsümün yarımfinalında qeydə alınıb. Həmin vaxt “Sumqayıt” iki qolsuz heç-heçədən sonra “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 5:4.

Ümumiyyətlə, kubokun 30 illik tarixində 30-cu dəfə cütün taleyi seriyada həll olunub. Yarımfinalda isə, qalib 6-cı dəfə penaltilərlə müəyyənləşib.

Həmin kateqoriyadan