- Baxış sayı: 23
- 25 Aprel 2024 13:52
- Baxış sayı: 43
- Aprel 23, 2024
- 0
Premyer liqanın XXVII turunu 5 futbolçu cəza səbəbindən buraxacaq. Allsport.az xəbər verir ki, “Qarabağ”dan Kevin Medina, “Neftçi”dən Mert Çəlik, “Sabah”dan Filip İvanoviç və “Keşlə”dən Anatole Abanq XXVI turda sarı vərəqə limitlərini doldurublar.
Bu səbəbdən onlar növbəti oyunda komandalarına kömək etməyəcəklər.
Bundan əlavə, “Sumqayıt”ın müdafiəçisi Cəmaləddin Xocaniyazov və “Sabah”ın məşqçisi Miloş Yevtiç də cəzalıdır.
XXVII turun oyunları mayın 14-də keçiriləcək.