- Baxış sayı: 39
- 22 İyun 2026 16:16
- Baxış sayı: 53
- İyun 22, 2026
- 0

2022/23 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərində təşkil olunan hazırlığın beşinci gününü başa vurub.
Komanda günü iki məşqlə yekunlaşdırıb. Oyunçuların günün ilk yarısındakı məşqi fitnes zalında baş tutub. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər.
Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada gerçəkləşib. Komanda üzvləri toplu və topsuz çalışmaları yerinə yetiriblər.