“50-55-ci dəqiqədən sonra üstünlük “Neftçi”yə keçdi”

“Zirə” ölkə kubokunun 1/2 finalının cavab görüşündə səfərdə də “Neftçi”ni heç-heçə etsə də (ilk oyun – 0:0), penaltilərdə rəqibinə 4:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov qələbəni belə şərh edib:

“Hər 2 komanda taktiki mübarizə apardı. Qol epizodları çox olmadı. “Zirə” azarkeşlərini, rəhbərliyini təbrik edirəm. İlk matçdakı ssenarinin davamına hazırlaşırdıq.

50-55-ci dəqiqədən sonra üstünlük “Neftçi”yə keçdi, topa nəzarəti itirmişdik. 5-3-2-dən 5-4-1 sisteminə keçdik. Ondan sonra komanda sanki nəfəs aldı, daha rahat oynamağa başladı. Oyunda gah bu, gah digər komanda üstün olurdu. Hər 2 komanda qələbəyə layiq idi”.

Həmin kateqoriyadan