- Baxış sayı: 7
- 10 Noyabr 2026 12:48
- Baxış sayı: 252
- Noyabr 09, 2026
- 0

“Sumqayıt” premyer liqada 70-ci ev üzüntüsünü alıb. Allsport.az saytı xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi 11-ci turunda “Zirə” ilə görüşündə 2 cavabsız qol buraxıb.
Komanda öz meydanında 169-cu qarşılaşmada xalsız qalıb. Sumqayıtlılar evdə 70 və daha çox oyunda uduzan 5-ci klub olub.
“Kimyaçılar” ilk ev yenilgisini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.