83 yaşında vəfat edib

83 yaşında vəfat edib

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yohansson vəfat edib.

Allsport.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.

Bu Yohansson 1996-2000-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Bu dövr ölkə futbolunun müasir tarixində ən parlaq mərhələlərdən biri hesab olunur.

Onun rəhbərliyi altında Danimarka millisi 1998-ci ildə Fransada keçirilən dünya çempionatında tarixinin ən yaxşı nəticəsini göstərərək 1/4 finala yüksəlib. Bu mərhələdə komanda gələcək finalçı Braziliyaya 2:3 hesabı ilə məğlub olub.

2000-ci ildə keçirilən Avropa çempionatında isə Danimarka millisi qrup mərhələsini adlaya bilməyib və hər üç görüşdə məğlub olub.

Yohansson Danimarka millisindən əvvəl klub səviyyəsində də uğurlara imza atıb. O, İsveçin “Öster” klubunu iki dəfə ölkə çempionu edib. Mütəxəssisin aktivində Danimarkanın “Silkeborq” klubu ilə qazandığı çempionluq titulu da var.

Həmin kateqoriyadan