Qaydaları sərtləşdirir

Qaydaları sərtləşdirir

FİFA DÇ-2026-da ABŞ millisinin hücumçusu Folarin Baloqun ilə bağlı yaranan insidentdən sonra intizam reqlamentinə ciddi dəyişikliklər etməyə hazırlanır.

Allsport.az xəbər verir ki, ali futbol qurumu birbaşa qırmızı vərəqə alan oyunçulara tətbiq edilən standart 1 oyunluq diskvalifikasiya cəzasının icrasının dayandırılmasını tamamilə qadağan etməyi planlaşdırır.

Bu təşəbbüsə birbaşa səbəb DÇ-2026 zamanı Baloqunun dərhal cəzalanmaqdan yayınması olub. Layihənin oktyabrın 15-də Sürixdə təşkil olunacaq FİFA şurasının iclasında müzakirəyə çıxarılması gözlənilir. Həmin dəyişiklik gündəliyə son dəqiqədə daxil edilib. İki həftə öncə açıqlanan ilkin gündəlikdə yalnız ümumi intizam prosedurlarının nəzərdən keçirilməsi göstərilmişdi.

Həmin kateqoriyadan