Mundialın finalında

Mundialın finalında

Las Veqasda güləş üzrə U-23 dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Gültəkin Şirinova (55 kq) 1/8 finalda özbəkistanlı Ulmeken Yesenbayevaya “tuş”la məğlub olub.

Günay Qurbanova (59 kq) dünya çempionatına yaponiyalı Natsuki Yamaquçi üzərində inamlı qələbəylə başlayıb – 7:1. Həmyerlimiz daha sonra türkiyəli Sevim Ağbaşa tam üstünlüklə (10:0) qalib gəlib. Günay yarımfinalda argentinalı Kamilə Əmarillaya heç bir şans tanımayıb. Rəqibini “tuş”la üstələyən Qurbanova finalda ukraynalı Alina Filipoviçlə qarşılaşacaq.

Həmin kateqoriyadan