“Qarabağ”ın bacarmadığını “Sabah” etdi! Ağdam klubu 4 dəfə yenildi, Bakı təmsilçisi 1 dəfəyə yendi!

“Qarabağ”ın bacarmadığını “Sabah” etdi! Ağdam klubu 4 dəfə yenildi, Bakı təmsilçisi 1 dəfəyə yendi!

“Sabah” klubu çempionlar liqasının əsas mərhələsinin 2-ci oyununda Bakı olimpiya stadionunda “Slaviya”nı (Praqa) yenməklə tarix yazıb. Allsport.az saytı xəbər verir ki, 12 dəfə avrokubokda qrup raunduna adlayan “Qarabağ” heç vaxt Cex Respublikası təmsilçilərini yenə bilməyib. Ən yaxşı halda, uzun illər paytaxtda məskunlaşan və geri dönməyi düşünməyən şərti Ağdam klubu rəqiblə heç-heçə edib.

“Kəhər atlar” 1-ci dəfə bu slavyan komandası ilə 1997/98 mövsümündə, UEFA kubokunun ilk ələməsində qarşılaşıb. Bakıda “Yabloneç”lə 0:3, Nisouda 0:5 uduzub. 2016/2017 fəsilində Avropa liqasının qrupunda “Slovan” ilə evdə 2:2 edib, Libereçdə 0:3 məğlub olaraq bunun sayəsində mərhələ adlaya bilməyib. Həmin zaman “Slovan”ı indi “Sabah”a uduzan “Slaviya”nın baş məşqçisi Yindrix Trpişovski çalışdırırdı.

“Qarabağ” çempionlar liqasında “Viktoriya” ilə 2 dəfə üz-üzə gəlib. 2016/2017 mövsümündə 3-cü təsnifatda Plzendə 0:0, Bakıda 1:1 edərək, evdə buraxdığı qolun sayəsində Avropa liqasının əsas raunduna düşmüş və burada haqqında bəhs etdiyimiz “Slovan”la itirdiyi xalla nəticəsində irəliləyə bilməmişdir.

2022/2023 fəsilində 4-cü ələmədə “Viktoriya” paytaxtda 0:0 oynayıb, öz meydanında 2:1 qalib gələrək ÇL-in qrupuna çıxmışdır.

Həmin kateqoriyadan