ATP tennisçilərin gəlirlərini artırmaq istəyir

ATP tennisçilərin gəlirlərini artırmaq istəyir

Peşəkar tennisçilər assosiasiyası (ATP) kişi tennisində 2028-ci ildən qüvvəyə minə biləcək genişmiqyaslı islahatlar təklif edib.

Allsport.az xəbər verir ki, təşkilatın rəsmi saytında dərc olunan təkliflərə əsasən, tennisçilərə illik ödənişlərin ümumi həcminin 350 milyon dollara çatdırılması nəzərdə tutulur.

Bu məbləğə turnirlərin mükafat fondları, bonuslar, pensiya ödənişləri və digər maliyyə dəstəyi növləri daxil olacaq.

Təklifə əsasən, ATP-nin bonus fondu 21,5 milyon dollardan 50 milyon dollara qədər artırıla bilər. Bundan əlavə, dünya reytinqinin ilk 250 pilləsində yer alan tennisçilərin dəstəklənməsi üçün hər il 25 milyon dollar, 300 idmançının pensiya proqramları üçün isə təxminən 30 milyon dollar ayrılması planlaşdırılır.

Bununla yanaşı, reytinq xallarının hesablanması qaydalarında, turnir təqvimində və cütlüklər arasında keçirilən yarışların formatında dəyişikliklər nəzərdən keçirilir. İslahatın əsas məqsədlərindən biri də tennisçilərin yarış yükünü azaltmaqdır.

Təkliflərlə bağlı yekun qərar hələ qəbul edilməyib. Məsələ tennisçilərin nümayəndələri və turnirlərin təşkilatçıları ilə müzakirə olunacaq.

Həmin kateqoriyadan