Yığmamız ev oyununu bu şəhərdə keçirəcək

Yığmamız ev oyununu bu şəhərdə keçirəcək

Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran olimpiya idman kompleksində rəsmi oyun keçirəcək.

Allsport.az xəbər verir ki, DÇ-2028-in əsas mərhələsinin 12-ci qrupunda yer alan komandamız noyabrın 5-də ev oyununa çıxacaq.

Çex Respublikası yığması ilə görüşün ünvanı Lənkəran olimpiya idman kompleksi olacaq və matç saat 17:00-da start götürəcək. 

Kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalının azarkeş tutumu 788 nəfərlikdir.

Həmin kateqoriyadan