“Yaxşı çıxış etməliyik”

“Yaxşı çıxış etməliyik”

“Sabah”ın basketbolçusu Nik Perkins FİBA çempionlar liqasının müntəzəm mövsümündə “A” qrupunun II turunda “Trabzonspor”a qarşı keçirdikləri oyunu şərh edib.

Allsport.az xəbər verir ki, amerikalı basketbolçu məğlubiyyəti dəyərləndirib və qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb:

“Düşünürəm ki, FİBA çempionlar liqasında keçirdiyimiz ilk iki oyun bizim üçün çətin alındı. Növbəti qarşılaşmada, doğma meydanda “Nanterre”yə qarşı daha yaxşı çıxış etməliyik.

“Trabzonspor” layiqli qələbə qazandı. Oyunun ilk 7-8 dəqiqəsi bizim üçün olduqca uğursuz keçdi. Bundan sonra oyuna qayıtmaq və hesab fərqini azaltmaq xeyli çətinləşdi. İkinci və üçüncü periodların böyük hissəsində təşəbbüsü ələ almağa və mübarizədə dönüş yaratmağa çalışdıq. Lakin rəqib artıq yaxşı oyun ritmi tutmuşdu.

“Trabzonspor” hücum potensialı yüksək olan, istedadlı basketbolçulardan qurulmuş komandadır.

İndi bu məğlubiyyəti geridə qoymalı, səhvlərimizdən nəticə çıxarmalı və iki həftə sonra doğma meydanda “Nanterre”yə qarşı keçirəcəyimiz oyuna yaxşı hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan