- Baxış sayı: 50
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün növbəti oyununa çıxıb.
Allsport.az xəbər verir ki, komanda Slovakiya millisi ilə üz-üzə gəlib.
Görüş millinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Yığma bu nəticədən sonra pley-offa vəsiqə qazanıb.
U-23 daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çex Respublikasını üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.