Messini geridə qoydu

Messini geridə qoydu

“Real Madrid”in fransalı futbolçusu Kilian Mbappe UEFA çempionlar liqasında yeni rekorda imza atıb.

Allsport.az xəbər verir ki, futbolçu liqa mərhələsinin ikinci turunda “Roma” ilə səfər qarşılaşmasına start heyətində çıxaraq turnirdə 100-cü oyununu keçirib.

Mbappe 27 yaş 298 günlüyündə bu göstəriciyə çataraq turnir tarixində 100 oyun keçirən ən gənc futbolçu olub.

Əvvəlki rekord Lionel Messiyə məxsus idi. Argentinalı ulduz çempionlar liqasında 100-cü matçına 28 yaş 84 günlüyündə çıxmışdı.

Həmin kateqoriyadan