Məşqlərə qayıdıb

Məşqlərə qayıdıb

“Barselona”nın futbolçusu Rafinya zədəsini bərpa edərək komandası ilə məşqlərə başlayıb.

Allsport.az xəbər verir ki, braziliyalı futbolçu milli komandaların oyunları ilə bağlı fasilədə yaranan narahatlıqdan sonra ilk dəfə kollektivlə birgə hazırlıqda iştirak edib.

Baş məşqçi Hans-Diter Flikin rəhbərlik etdiyi hazırlıq prosesinə “Barselona”nın ikinci komandasının üzvü Hamza Əbdülkərim də cəlb olunub. Zədəli Andreas Kristensen və Runi Bardci isə məşqdə iştirak etməyiblər.

“Barselona” La liqanın IX turunda şənbə günü səfərdə “Betis”lə üz-üzə gələcək.

Həmin kateqoriyadan