- Baxış sayı: 33
- 15 Oktyabr 2026 23:52
- Baxış sayı: 212
- Oktyabr 14, 2026
- 0

“İnter”in heyətində ciddi itki baş verib.
Allsport.az xəbər verir ki, Milan nəhənginin kapitanı Lautaro Martines sıradan çıxıb.
Argentinalı hücumçu UEFA çempionlar liqası liqa mərhələsinin II turunun “Brügge” ilə matçında (3:4) sıradan çıxıb. Həkimlər 29 yaşlı forvardın sol budunun arxa əzələlərində gərilmə aşkar ediblər. Təcrübəli futbolçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
“İnter” Lautaro Martinesi 2018-ci ilin yayında ölkəsinin “Rasinq” klubundan 25 milyon avroya transfer edib. Argentina millisinin üzvü cari mövsümdə “A” seriyası təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.