- Baxış sayı: 43
- 15 Oktyabr 2026 21:52
- Baxış sayı: 212
- Oktyabr 14, 2026
- 0

Azərbaycan tennis və padel federasiyası (ATPF) əMadriddə keçirilən beynəlxalq padel federasiyasının (FİP) 36-cı baş assambleyasında iştirak edib.
Allsport.az xəbər verir ki, tədbirdə ATPF-ni federasiyanın mətbuat katibi Fərid Sabirli təmsil edib.
Baş assambleyada padelin dünyada inkişafı, 2026-cı il üzrə hesabat və gələcək strateji istiqamətlər müzakirə olunub. Üzv federasiyalar padelin gələcəyinin formalaşdırılması naminə birliklərini və ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.
FİP-in 35 illik yubileyi münasibətilə qurucu federasiyaların nümayəndələri tərəfindən simvolik təsis sənədi imzalanıb. Daha 15 milli federasiyanın üzvlüyə qəbulu ilə FİP-in üzvlərinin sayı 115-ə çatıb.
Tədbirdə “Vorld padel report 2026” hesabatının ilkin təqdimatı keçirilib, “FİP vorld league” və “Para padel” adlı yeni strateji təşəbbüslər elan olunub.
İspaniya olimpiya komitəsinin prezidenti Alejandro Blanco padelin olimpiya perspektivini vurğulayaraq bildirib: “Olimpiya hərəkatının gələcəyini padelsiz təsəvvür edə bilmirəm”.