“Barselona” ilə matçı buraxacaq

“Barselona” ilə matçı buraxacaq

“Real”ın (Madrid) hücumçusu Vinisius Junior 4 oyunluq diskvalifikasiya edilib.

Allsport.az xəbər verir ki, braziliyalı futbolçu bu səbəbdən İspaniya La liqasında “Barselona”ya qarşı görüşü buraxacaq.

Vinisius oktyabrın 10-da “Vilyarreal”a qarşı keçirilən və Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçın 72-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, rəqib futbolçunun saçından dartdığı üçün meydandan qovulub.

Diskvalifikasiya səbəbindən 25 yaşlı hücumçu “Sevilya”, “Barselona”, “Valensiya” və “Rasinq”lə oyunlarda iştirak edə bilməyəcək.

Vinisiusun La liqada meydana noyabrın 22-də qayıdacağı gözlənilir.

Həmin kateqoriyadan