“Dünyanın bir nömrəsidir”

“Dünyanın bir nömrəsidir”

PSJ-nin hücumçusu Usman Dembele UEFA çempionlar liqasının liqa mərhələsində “Mançester Siti” ilə oyun öncəsi sabiq komanda yoldaşı, qapıçı Canluici Donnarumma barədə danışıb.

Allsport.az xəbər verir ki, fransalı futbolçu italiyalı qapıçını dünyanın ən yaxşısı adlandırıb:

“Onunla münasibətlərim əladır və çox gözəl xatirələrim var. Donnarumma dünyanın bir nömrəsidir. O, müstəsna qapıçıdır. Yayda onun toyunda iştirak edə bilmədim, amma mesajlaşdıq. O, həm əla dost, həm də möhtəşəm qapıçıdır. Qurtarışları ilə bütöv bir komandanın taleyini dəyişə bilər.

Millilərin oyunları zamanı İtaliyaya qarşı matçda onunla üz-üzə gələndə qol fürsətini əldən verdim. O da bir az mənə sataşdı. Donnarumma möhtəşəm qapıçıdır və PSJ-yə keçməzdən əvvəl də bunu sübut etmişdi.

Qarşıda bizi böyük oyun gözləyir. “Mançester Siti” çox yaxşı komandadır və əla məşqçisi var. Çətin olacaq, amma matça yaxşı hazırlaşacağıq. Üç xalla evə qayıtmağa çalışacağıq. Bu, həlledici oyun deyil, amma qalib gəlmək istəyirik. Rəqibdən nə gözləyəcəyimizi bilirik.

“Mançester Siti” ən yaxşı komandalardan biridir. Onlar premyer liqada və çempionlar liqasında mövsümə əla başlayıblar”.

Həmin kateqoriyadan