Latviya təmsilçisi ilə bacarmadı

Latviya təmsilçisi ilə bacarmadı

“Neftçi” basketbol komandası bu gün FİBA Avropa kubokunda növbəti matçına çıxıb.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin “H” qrupunun ikinci turunda Latviyanın VEF (Riqa) klubu ilə qarşılaşıb.

Görüş saat 19:00-da, “Sərhədçi” idman sarayında start götürüb.

Qarşılaşma qonaqların 110:94 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi” ilk turda Yunanıstanın “Mikonos” komandasına 58:78 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan