- Baxış sayı: 38
- 14 Oktyabr 2026 23:57
- Baxış sayı: 136
- Oktyabr 14, 2026
- 0

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA çempionlar liqasının liqa mərhələsində “Mançester Siti” ilə keçiriləcək oyun öncəsi komandasının mövsümə startını dəyərləndirib və rəqibinin oyunundan danışıb.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis açıqlamasında qarşılaşmanın onlar üçün vacib sınaq olacağını bildirib:
“Bütün futbolçuların matçda iştirak edə bilməsi məşqçi üçün üstünlükdür. Bu qarşılaşma münasib vaxta təsadüf edir. Buna görə də hansı səviyyədə oynaya biləcəyimizi görəcəyik. Burada oynamaq özü bir sınaqdır.
Mövsümə əla başladıq, amma layiq olduğumuz nəticələri əldə edə bilmədik. Çempionatda özümüz üçün qeyri-adi vəziyyətdəyik, lakin narahat deyiləm. Avropanın ən yaxşı komandalarından birinə qarşı səfər oyununa çıxacağıq. Öz səviyyəmizi göstərmək və çətinliklərin öhdəsindən gələ bildiyimizi sübut etmək üçün motivasiyalıyıq.
Əlbəttə, “Mançester Siti” Avropanın ən yaxşı komandalarından biridir. Onların oyun tərzi xoşuma gəlir. Enzo Mareskanın komandadan tələb etdiyi futbol da mənim bəyəndiyim üslubdur. Onların oyununu izləmək xoşdur və bundan zövq alıram”.