İngiltərə klubunda qalmaqal

İngiltərə klubunda qalmaqal

“Mançester Yunayted”in arxa xəttində ciddi qalmaqal yaşanır.

Allsport.az xəbər verir ki, klub rəhbərliyi komandanın müdafiəçisi Lisandro Martineslə yolları ayırmaq variantını nəzərdən keçirir.

Argentinalı futbolçu klubun transfer siyasətini sərt şəkildə tənqid etdikdən sonra ilk dəfə komandanın məşq bazasına qayıdıb.

UEFA çempionlar liqasının liqa mərhələsinin II turunda “Atletiko”ya (Madrid) qarşı səfərdə qeydə alınan 0:2 hesablı məğlubiyyətdən sonra 28 yaşlı müdafiəçi “Mançester Yunayted”in hazırkı səviyyəyə uyğun gəlmədiyini açıq şəkildə bildirmişdi. Məlumata əsasən, Martines məhz bu sərt sözlərinə görə bu gün klub rəhbərliyi qarşısında izahat verməlidir. Komanda daxilində bəzi futbolçuların da onun bu fikirlərini dəstəklədiyi bildirilir.

“Qırmızı şeytanlar” futbolçunun son illərdəki zədə tarixçəsini və səsləndirdiyi sərt fikirləri nəzərə alaraq, münasib təklif gələcəyi təqdirdə onu transferə çıxarmaq ehtimalını istisna etmirlər. Mançesterlilər onun gedişi halında “Everton”un müdafiəçisi Cerrad Brantueyti əsas namizəd hesab edirlər.

Həmin kateqoriyadan