“Heyətimiz çempionlar liqası səviyyəsində deyil”

“Heyətimiz çempionlar liqası səviyyəsində deyil”

“Mançester Yunayted”in futbolçusu Lisandro Martines çempionlar liqasında “Atletiko”ya uduzduqları görüşü şərh edib.

Allsport.az xəbər verir ki, müdafiəçi 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məğlubiyyət məyusedicidir. Yaxşı nəticə üçün buraya gəlmişdik, amma alınmadı.

Heyətimiz çempionlar liqası səviyyəsində deyil. Məncə, daha keyfiyyətli bir komanda qurmaq lazımdır. Reallıq budur və bununla barışmalıyıq”.

“Mançester Yunayted” 2 turdan sonra 3 xalla 7-ci sıradadır.

Həmin kateqoriyadan