- Baxış sayı: 34
- 15 Oktyabr 2026 23:52
- Baxış sayı: 212
- Oktyabr 14, 2026
- 0

“Real”ın hücumçusu Vinisius Junior La liqada aldığı dörd oyunluq diskvalifikasiya ilə bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu cəzanın elan olunduğu vaxtı və qərarın səbəblərini tənqid edib:
“Düşünürəm ki, cəza ilə bağlı qərar uyğun olmayan vaxtda açıqlanıb. Onların bunu elan etmək üçün bütün günü var idi, amma mən hər şeydən yalnız “Roma” ilə çempionlar liqası matçına görə stadiona çatanda xəbər tutdum. Bu, yeni qaydadır və La liqanın nümayəndələri yenilikləri izah etmək üçün həmişə bizimlə görüşürlər. Lakin məhz bu məqamı bizə heç kim izah etməmişdi. Mənim heç vaxt digər futbolçulara qarşı zorakılıq hərəkətim olmayıb. Özüm tez-tez zərbələr alıram, amma nəticədə həmişə vərəqəni mən görürəm”.
Braziliyalı futbolçu “Santyaqo Bernabeu” stadionunda azarkeşlərin onu fitə basmasına da münasibət bildirib:
“Əlbəttə, fitə basılmaq mənə kömək etmir, amma insanlar biletlərə pul ödəyirlər. Azarkeşlər bizi dəstəkləyəndə daha yaxşı oynayırıq. Cud da, Mbappe də, mən də daha yaxşı çıxış edirəm. Düşünürəm ki, məni fitə basmaq daha asandır, çünki burada daha uzun müddətdir oynayıram və kapitanlardan biriyəm.
Mən geri qayıdacağam. Bura gənc yaşda gələndə çoxları mənə gülürdü. İndi isə “Real”ın heyətində 100-dən çox qol vurmuşam”.
Xatırladaq ki, İspaniya çempionatının VIII turunda “Vilyarreal”la matçda (1:0) Vinisius 72-ci dəqiqədə meydandan qovulub. O, top uğrunda mübarizə zamanı rəqib komandanın yarımmüdafiəçisi Natan Salibanın saçından tutub.