2050-ci ilə qədər diskvalifikasiya edildi

2050-ci ilə qədər diskvalifikasiya edildi

Allsport.az xəbər verir ki, Serbiyalı tennisçi Stefan Miliçeviç 2022–2024-cü illərdə altı danışılmış oyunun təşkilində ittiham olunub.

Bundan əlavə, 29 yaşlı idmançının digər tennisçiləri də bu cür matçlarda iştirak etməyə cəlb etdiyi bildirilib.

Nəticədə Miliçeviç 24 illik diskvalifikasiyaya məruz qalıb və 70 min dollar cərimələnib.

Serbiyalı tennisçinin ATP reytinqində ən yüksək göstəricisi 1338-ci pillə olub.

Həmin kateqoriyadan