“9-10 gün ərzində ardıcıl 3 oyunun futbolçulara mənfi təsiri var”

“Futbolçuları təbrik edirəm. Çox vacib qələbə qazandılar. Neçə gündür ki, buradadılar. İstər-istəməz öz yaxınlardan, əzizlərindən uzaq idilər. Bir az psixoloji yorğunluq var idi. Vacib olan üç xalı qazanmaq üçün meydanda xeyli zəhmət çəkdilər”.

Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, premyer liqanın 24-cü turunda səfərdə”Qəbələ” ilə oyundan sonra mətbuat konfransında deyib. O, 2:0 hesablı qələbəni belə şərh edib:

“Oyun bir az sönük görünə bilər. Amma ümumi fiziki göstəricilərə baxsaq, futbolçular xeyli güc sərf etdi. “Qəbələ” də məğlub olmaq istəmirdi. Onlara da uğurlar arzu edirəm. Bu komandaya qarşı oynamaq xoşdur.

Amma 9-10 gün içərisində ardıcıl 3 dəfə oynamağın futbolçulara istər-istəməz mənfi təsiri var. Hər bir halda çalışacağıq ki, “Qəbələ” ilə kubokun cavab oyununa da komandanı yaxşı formaya gətirək ki, daha yaxşı oyun göstərsinlər”.

Həmin kateqoriyadan