AFFA-da klubların maliyyə menecerləri üçün seminar

AFFA-nın futbol akademiyasında lisenziyalaşdırma qrupu tərəfindən premyer liqada çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın maliyyə “Fair Play IT” proqramına həsr olunmuş seminar təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, toplantıda UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə fair-play qaydaları (buraxılış 2018), maliyyə fair-play qaydaları üzrə yeni it solution proqramı haqqında yeniliklər müzakirə olunub, həmçinin seminar iştirakçılarına nəzəri və praktik məşğələlər keçirilib, yeni it solution proqramı üzrə prezentasiya təqdim olunub.

Tədbirin sonunda klub nümayəndələri 2018-ci il maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.

Həmin kateqoriyadan