Karyerasını bitirəcəyi tarixi açıqladı

Karyerasını bitirəcəyi tarixi açıqladı

“Santos” klubunun tanınmış hücumçusu Neymar futbolçu kimi fəaliyyətini tam olaraq 2030-cu ildə yekunlaşdırmağı düşünür.

Allsport.az xəbər verir ki, 34 yaşlı braziliyalı ulduz yaşıl meydanlarla vidalaşdıqdan sonra Jerar Pikenin təsis etdiyi “Kings league” media futbol liqasında qüvvəsini sınamaq istəyir.

Cari ildə bütün turnirlərdə 27 matça çıxan forvard aktivinə 10 qol və 8 məhsuldar ötürmə yazdırıb.

Xatırladaq ki, Neymarın “Santos”la mövcud müqaviləsi 2026-cı ilin dekabrında başa çatır.

Həmin kateqoriyadan