AFFA-dan “qara-qırmızılar”a maliyyə dəstəyi

Avqustun 14-də premyer liqada yeni mövsümə start veriləcək. Allsport.az saytı xəbər verir ki, ölkə Azərbaycan çempionatının növbəti mövsümündə də sabit maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə AFFA arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib.
 
Ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA “Qəbələ”yə maddi dəstək göstərəcək. AFFA tərəfindən ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ”nin əsas komandasının premyer liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, klubun futbol akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

Həmin kateqoriyadan