TFF ilə müzakirəsi VAR

Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov, AFFA hakimlər komitəsinin sədri Frits Ştuxlik və “CBC Sport” telekanalının baş direktoru Volqan Üst İstanbulda səfərdə olublar. Allsport.az xəbər verir ki, səfərin məqsədi Türkiyə futbol federasiyasının (TFF) tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq, bu sistemin Azərbaycanda istifadəsi baxımından görüləcək işlərə hazırlıq olub.

Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə super liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan premyer liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

VAR-ın Azərbaycanda tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FIFA ilə onlayn görüşlər keçiriləcək.

Həmin kateqoriyadan