İTTİHAM
AFFA prezidenti: İdmançılarımız peşəyə deyil, pula üstünlük verirlər

«Futbolçularımız birinci, peşəyə üstünlük verməlidirlər, sonra maliyyə barədə düşünməlidirlər. Ölkəmiz idmana və idmançılara böyük dəstən verir. Belədə, idmançılarımız da hər zaman etimadı doğrultmalıdırlar».

Allsport.az saytı xəbər verir ki, bu açıqlamanı AFFA-nın prezidenti Rövnəq Abdullayev KİV-lə görüşdə dedi. Onun sözünə görə, idmançılar bir müddət uğur qazanandan sonra, əvvəlki səviyyələrində daha çıxış etmirlər:

«Son zamanlar pis ənənə formalaşıb: idmançı müəyyən uğura yetişir, öz rifahını yaxşılaşdırır. Bundan sonra ürəklə mübarizə aparmırlar. Bizdə belələrini tanıyıram. Bəs onda Messi nə etsin?

Onun qazanmadığı uğur, maliyyə yoxdur. Onda erkən idmanla vidalaşsın. Desin, artıq hər şeyim var. İdmançılarımız düz etmirlər. Bu işlə mətbuatla birgə məşğul olmalı, onları maarifləndirməliyik».

Həmin kateqoriyadan