- Baxış sayı: 21
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 187
- Avqust 05, 2026
- 0

AFFA “Sabah” – “Neftçi” oyununun hakimlərinin idarəçiliyi ilə bağlı araşdırma aparacaq. Allsport.az xəbər verir ki, premyer liqanın XXIV turu çərçivəsində aprelin 25-də keçirilmiş “Sabah” – “Neftçi” oyununun hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın hakimlər komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.
Sözügedən qarşılaşmanı Vüqar Həsənlinin başçılıq etdiri hakimlər briqadası idarə edib. Hakimlərin qərarları ciddi müzakirələrə səbəb olub.