- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

AFFA apellyasiya arbitraj tribunalının “Sumqayıt” və “Zirə” klubu ilə bağlı qərarları açıqlanıb. Allsport.az xəbər verir ki, qərarlara əsasən, “Sumqayıt”ın apellyasiya şikayəti qismən təmin edilib.
AFFA intizam komitəsinin mayın 5-də etdiyi qərarla Camaləddin Xocaniyazova verilən 4 oyun kənarlaşdırılma cəzası və kluba tətbiq edilən 3200 manat cərimə müvafiq olaraq 2 oyun kənarlaşdırılma cəzası və 1600 manat cərimə ilə əvəzlənib.
“Zirə”nin apellyasiya şikayəti isə təmin edilməyib. AFFA intizam komitəsinin mayın 5-də “Zirə” futbol klubu və məşqçisi Eltun Yaqublu barədə verdiyi qərar qüvvədə saxlanılıb.